Nərgiz Paşayeva “İLİN REKTORU” seçildi — FOTO

Bugün Moskva Dövlət Universitetinin Bakı Filialında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ili münasibəti ilə tədbir keçirilib.

Tədbirdə eyni zamanda Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının həyata keçirdiyi beynəlxalq sorğunun nəticələrinə müvafiq olaraq Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayevaya“İLİN REKTORU” mükafatı təqdim edilib.

Bu barədə saytımıza Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov məlumat verib: “Biz Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası olaraq hər ilin sonunda bir neçə strateji istiqamətlər üzrə Respublika və Beynəlxalq tipli sorğular təşkil edirik. Növbəti sorğumuz isə “İlin Rektoru”nun müəyyənləşdirilməsi ilə bağlı aparıldı. Azərbaycan, Rusiya, Ukrayna, Çexiya və Polşada yaşayan gənc soydaşlarımızın qatıldığı sorğuya 1 noyabr 2014-cü ildə start verdik. Sorğuya ölkəmizdə fəaliyyət göstərən 20 müxtəlif nüfuzlu Universitetlərin adları daxil edilmişdir. Təxminən 2 aya yaxın davam edən sorğuda bütövlükdə 4347 nəfər iştirak edib. Onlardan 3558 nəfər, yəni 82 %-i Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialının rektoru Nərgiz xanım Paşayevanı “İlin Rektoru” mükafatına layiq gördülər.”

Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva isə çıxışında ASGA İdarə heyətinə öz təşəkkürü bildirdi: “Bu bütövlükdə Universitetimizin müəllim və tələbə heyətinin uğurudur. Bu mənada mən sorğuda əziyyəti keçən hər kəsə təşəkkür edirəm.”

Tədbirin gedişatında Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayevaya “İLİN REKTORU” mükafatı təqdim edildi. (xeber1.az)

Ölkə.Az

Leave a Comment