ASGA Polşa nümayəndəliyinin polyak dilində saytı istifadəyə verilib — SMAS.ORG.PL

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Polşa nümayəndəliyinin yeni-polyak dilində saytı istifadəyə verilib.

Bu barədə saytımıza ASGA-nın sədri Səbuhi Abbasov məlumat verib.

2Bunun ölkəmizin beynəlxalq aləmdə tanıdılmasında yeni bir mərhələ olduğunu deyən S. Abbasov digər layihələrdən də danışıb: “ASGA Polşa nümayəndəliyinin polyak dilində saytının fəaliyyətə başlaması hesab edirəm ki, diaspor tarixində yenilikdir. Bu bir tərəfdən Polşa-Azərbaycan əlaqələrinin inkişafına müsbət təsir göstərəcək, digər tərəfdən isə ölkəmiz haqqında məlumatların polyaklara – onların öz dillərində çatdırılma imkanı verəcəkdir. Bu tip saytların hazırlanması böyük əmək, maddi vəsait və vaxt tələb edir. Bu mənada mən saytın yaradılmasında əməyi keçən hər kəsə təşəkkür edirəm. Polşa Azərbaycan üçün strateji tərəfdaşdır. Bundan başqa biz ASGA-nın digər ölkə nümayəndəliklərinin saytını da istifadəyə verəcəyik.”

3ASGA Polşa nümayəndəliyinin rəhbəri Anar Məmmədov isə saytın özəlliklərindən danışıb: “Əvvəla qeyd edim ki, polyaklar onların öz dilində fəaliyyət göstərən saytları daha çox oxuyur və rəğbət bəsləyirlər. Bizim də əsas məqsədimiz Azərbaycan həqiqətlərini Polşada təbliğ etməkdən ibarətdir. Bu mənada polyak dilində saytın fəaliyyət göstərməsinin zəruri hesab edirik. Öz növbəmdən Azərbaycanın Polşadakı səfirliyinə xüsusi təşəkkürü bildirirəm. Bundan başqa biz ölkəmizdən dəstək olarsa Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş sərgi reallaşdırmaq istəyirik. Bu həm ölkəmiz üçün, həmdə Polşa cəmiyyəti üçün yenilik olacaq”

Leave a Comment