Azərbaycan Slavyan Gənclər Asossiasiyasının Ukrayna Nümayəndəliyi Müstəqillik Gününü qeyd etdi – FOTOLAR

Azərbaycan Slavyan Gənclər Asossiasiyasının Ukrayna Nümayəndəliyinin təşkilatçılığı ilə Ukraynada 18 Oktyabr Müstəqillik Günü qeyd olunub.

ASGA Ukrayna Nümayəndəliyi  və  Ukrayna Dövlət Beynəlxalq Ticarət və Maliyyə Universiteti birgə  18 Oktyabr Müstəqillik Günü münasibəti ilə Universitetin Rektoru, hüquq elmləri doktoru Viktor Demidoviçin rəhbərliyi ilə Beynəlxalq Əlaqələr və  Huquq Kafedrasının başda kafedranın dekanı Vasil Markoviç olmaqla bütün professor və müəllim heyəti əvvəlcə Azərbaycanın Ukraynadakı Səfirliyinin yanında salınmış Heydar Əliyev parkına gedərək Ümummilli Lider Heydər Əliyevin heykəlinin qarşısına gül qoydular. Sonra isə Ukraynanın İrpen şəhərində salınmış Zərifə Əliyeva parkına gedərək büstünə çələng və gül qodular.

Heydər Əliyev adına parkda ASGA Ukrayna Nümayəndəliyinin rəhbəri Xəzri Abdullayev çıxış edərək Müstəqilliyimizin tarixi haqqında və bu müstəqilliyin əsas memarı olan Ümummilli Lider Heydər Əliyev, onun Azərbaycan naminə gördüyü işlər haqqında qısa məlumat verib. O, bildirib ki,Ümummilli liderin bərpa etdiyi müstəqil Azərbaycanı bu gün də onun varisi cənab prezident İlham Əliyev yüksək səviyyədə idarə edir.

Universitetin  Beynəlxalq Əlaqələr və  Huquq Kafedrasının  kafedranın dekanı professor  Vasil Markoviç Heydər Əliyevi şəxşən tanıdığını və onun haqqında yüksək fikirdə olduğunu dedi.O qeyd etdi ki, hələ Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi vəzifəsində çalışarkən mən də Azərbaycanda işləyirdim. O vaxtan istər Heydər Əliyevə, istərsə də Azərbaycan xalqına böyük rəğbət bəsləyirəm.

Sonda Universitetin rektoru, hüquq elimləri doktoru Viktor Demidoviç Azərbaycana və xalqımıza bol – bol uğurlar arzuladı və  müstəqilliyimizin əbədi olmasını dilədi.

Sonda ASGA Ukrayna Nümayəndəliyinin Unversitetlər Üzrə Kordinatoru Murad İsmayilovun, Ukrayna Dövlət Beynəlxalq Ticarət və Maliyyə Universitetinin Hüquq Kafedrasının müdiri Gülnaz Lazko və Unversitetin Xarici Tələbələr Üzrə dekanı  Aksana Nesterenkonun təkliflərini nəzərə alaraq ASGA və Ukrayna Dövlət Beynəlxalq Ticarət və Maliyyə Universiteti Oktyabr ayında  Beynəlxalq Əlaqələr və  Huquq Kafedrasında Azərbaycan və Ukrayna  arasındakı strateji müttəfiqliyinin tarixi və Heydər Əliyevin rolu adlı konfrans keçirtməyi qərara aldılar.

Konfransın təşkili ASGA tərəfindən Murad İsmayılov,  Universitetin azərbaycanlı tələbələri Günel İsrafilzadə və Elnur İbadova Universitet numayəndəsi olaraq isə Aksana Nesterenko və Gülnaz Lazkoya həvalə edildi.

7News.az

123456

Leave a Comment