Moskvada Milli Qurtuluş Günü və İbad Hüseynovla görüş keçirilib – FOTOLAR

zərbaycan respublikasının ən yeni tarixinin şanlı səyifələrindən sayılan 15 iyun Milli Qurtuluş Günü və Azərbaycanın əfsanəvi qəhramanı İbad Hüseynovla görüş keçirilib. Məlumata görə, Azərbaycan Slavyan Gənclər Assosiyasının Rusiya nümayəndəliyi və ADDIM gənclər təşkilatı tərəfindən təşkil olunan bayram tədbiri Azərbaycan hərbçisi, Qarabağ müharibəsi iştirakçısı, “Azərbaycan Bayrağı” ordeni kavaleri İbad Hüseynov haqqında filmin nümayişi ilə başlayıb.

Filimdə qarabağ müharibəsinin həqiqətləri, İbad Hüseynovun cəhbə xətdində göstərdiyi şucaətləri və erməni terrorçusu, günahsız və silahsız insanları qətlə yetirən Monte Melekonyanın necə öhdəsindən gələrək Azərbaycan xalqının qisasını aldığı göstərilib.

Tədbiri giriş sözü ilə açan ASGA  Rusiya nümayəndəliyinin sədri Toğrul Allahverdiyev və ADDIM gənclər təşkilatının sədri Hüseyin Cavadzadə milli qurtuluş günü haqqında qonaqlara məlumat verərək, bu bayarmın və ümummili lider Heydər Əliyevin Azərbaycan xalqının tarixində tutduğu mövqeni vurğulayaraq Moskvaya şəxsən Milli Qurtuluş günü münasibəti ilə təşrif buyurmuş İbad Hüseynov Qonaqlara təqdim ediblər.

Bayram tədbiri çıxışlarla davam etdirilib. Rusiya Dövlət dumasının deputatı Maksim Şinqarkin Rusiya və Azərbaycan arasında olan dostluq münasibətlərinə diqqət çəkib. İki dövlətin mədəni, siyasi və iqtisdi əlaqələrindən başqa strateji tərəfdaşlığı qeyd olundu. Deputat, həmçinin, Heydər Əliyevin Azərbaycanla yanaşı Sovet tarixində buraxdığı izləri qeyd edib.

Daha sonra çıxış edən Azərbaycan mədəniyyətinin intibah və inkişaf fondunun direktoru Şəmil Tağıyev, Atilla jurnalınən baş redaktoru Gülşən Behbud, şair Sultan Mərizli və digərləri Qəhraman İbad Hüseynovla gənclərin görüşünü yüksək qiymətləndirərək, bunun gənclərə vətənpərvərlik aşıladığını vurğulayıblar.

Sonda tədbirin fəxri qonağı İbad Hüseynovun çıxış edərək görüş iştirakçılarına təşəkkür edərək Moskvada olmaqdan şad olduğunu bildirib.

Leave a Comment