Moskva meriyası ASGA-ya fəxri diplom verdi – FOTOLAR

Moskvada milli mətbəxt Festivalı keçrilib.

Festivalda ölkəmizi Azərbaycan Slavyan Gənclər Assosiasiyasının Rusiya nümayəndəliyi təmsil edib . şəhər meriyası tərəfindən təşkil olunan festivalda Rusiyada yaşayan millətlərin milli mətbəxi nümaiş olunub . ASGA Rusiya nümayəndəliyin rəhbəri Toğrul Allahverdili və icraçı direktor Xəzər Qarayev Azərbaycan stendinə yaxınlaşan festival iştirakçıları və qonaqlara milli mətbəximiz haqqında dolğun məlumat verib. Festivalda iştirak edən Moskva meryasının rəsmiləri , Dövlət dumasının deputatları və başqa rəsmi şəxslər Azərbaycan mətbəxi təqdim edilən stola yaxınlaşaraq, mətbəximizin çoxçeçidli yeməklərindən, şirniyyatlarından dadıb və Azərbaycan mətbəxtini sevdiyini söylədilər . Tədbirin sonunda Azərbaycanı təmsil edən ASGA Rusiya nümayəndəliyinin sədri Toğrul Allahverdiliyə şəhərin içtimai siyasi həyatında fəal iştirak etdiyi üçün və Azərbaycan milli mətbəxinin təqdimatını yüksək şəkiləd təqdim etdiyinə görə şəhər rəhbərliyi adından fəxri diplom və mükafat təqdim olunub.

7News.Az

YAZINI DƏRC EDƏN SAYTLAR: 7News.az, trend.az, sputnik.az, azertag.az, olaylar.az, qaynarinfo.az, e-vc.az, azadliq.az, report.az, gununsesi.info, modern.az, 1news.az, metbuat.az, sia.az, 365.az, aktual.az, ganjanews.azmillixeber.az, todaynews.az, salamnews.org, vesti.az,

 

Leave a Comment