ŞURANIN DƏSTƏYİ İLƏ 2 DİLDƏ YARADILMIŞ AGDABAN.AZ SAYTININ TƏQDİMATI KEÇİRİLDİ – MİNGƏÇEVİRDƏ+FOTO+VIDEO

Ağdaban soyqırımı – 1992-ci il aprel ayının 8-də baş verən, tarixdə bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biri, Azərbaycanın gözəl güşəsi Qarabağın qala qapısı Kəlbəcəri ələ keçirmək üçün erməni seperatçılarının “Böyük Ermənistan” yaratmaq xülyasıyla Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli soyqırımdır.

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ağdaban qətliamının tanıdılması məqsədilə iki dildə www.Agdaban.az (en.Agdaban.az) informasiya mərkəzinin yaradılması” layihəsinin həyata keçirilməsinin əsas məqsədi aprel ayında baş verən bu dəhşətli olay barədə gəncləri məlumatlandırmaqdan ibarətdir.

Tədbiri giriş sözü ilə “İşıqlı Gələcək” GİB-in sədri Tural Kərimov açaraq tarix boyü erməni vandalları tərəfindən xalqımızın başına gətirilən müsibətlərdən danıəşdı. T.Kərimov QHT-lər tərəfindən bu kimi layihələrin həyata keçirilməsinin vacibliyindən danışdı.

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov çıxış edərək Ağdaban soyqırımı nın – bütöv bir kəndin tamamilə yandırılması, yüzlərlə dinc sakinə qeyri-insanı işkəncələr verilməsi, yurdundan didərgin salınması ilə nəticələndiyini dedi:. “Ağdaban kəndi Kəlbəcər rayonunda, Ağdaban çayının sağ silsiləsində, Ağdaban dağının yamacında, Murov dağ silsiləsinin cənub ətəyində,rayon mərkəzindən 56 km şimal-şərqdə yerləşir.Kəndin 460 nəfər əhalisi vardı. 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi erməni seperatçıları tərəfindən hücuma məruz qalmışdır. Kənd bir gecədə tamamilə yandırılmış, kəndin 779 sakininə işgəncələr verilmişdir. İşğal zamanı ermənilər tərəfindən 67 nəfər qətlə yetirilib, 90-100 yaşlı 8 qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri odda yandırılıb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib, 2 nəfər itkin düşüb. Kənd əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilmişlər. Təəssüflə qeyd etmək lazımdır ki, xalqımızın başına gətirilən digər müsibətlər kimi bu faciəyə də dünya miqyasında hüquqi qiymət verilməyib. İkili standartlardan doğan bu yanaşmaya daha çevik və interaktiv təbliğatla qalib gəlmək mümkündür. Dünya bilməlidir ki, APREL AYINDA ERMƏNİLƏRƏ QARŞI DEYİL, AZƏRBAYCANLILARA QARŞI DƏHŞƏTLİ SOYQIRIM TÖRƏDİLİBDİR.Çox təəssüf ki, bu soyqırım haqqında bir dənə də olsun informasiya resurs mərkəzi yaradılmayıbdır. Biz də Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası olaraq bu sahədə ciddi təcrübəmiz var. Ümid edirəm tez bir zamanda saytımızın faydasını hiss edəcəyik. Biz eyni zamanda saytımızın ingilis dili versiyasının xaricdə təqdimatını da hazırlamışıq”

Daha sonra Mingəçevri Şəhər İcra Hakimiyyətinin rəsmisi Tofiq Əsgərov çıxış edərək erməni terrorçuları tərəfindən xalqımızın başına gətirilən müsibətlər barədə region gənclərinin maarifləndirilməsinin vacibliyindən danışdı. Mingəçevir şəhərində bu istiqamətdə sistematik tədbirlərin həyata keçirildiyini deyən T.Əsgərov bu kimi layihələrin keçirilməsində əməyi olan hər kəsə təşəkkür edir.

“Gənclər Üçün Təhsil Mərkəzi”nin hüquqşunası, Kəlbəcər sakini Arifə Məmmədova çıxış edərək 5 yaşında ikən Kəlbəcərdə baş verən qanlı hadisələrin şahidi olduğunu dedi.

Sonda tədbir iştirakçıları Ağdaban sıyqırımına aid lentə alınan qısametrajlı sənədli filmə baxdılar

YAZINI DƏRC EDƏN SAYTLAR: 7NEWS.az, Olke.az, Aktual.az, interpress.az, yenicag.az, bakupost.az, qaynarinfo.az, skrom.net, afn.az,









Leave a Comment