Mingəçevirdə “GƏNCLƏRİN İKT İNKİŞAFI MƏRKƏZİ”nin təqdimatı oldu – GƏNCLƏR və İDMAN NAZİRLİYİNİN DƏSTƏYİ İLƏ+FOTOLAR

Müasir dövrdə informasiya-kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilmiş, onun əhatə dairəsı dövlət strukturlarını və vətəndaş cəmiyyəti institutlarını, sosial-iqtisadi sahələri, elm və təhsili, mədəniyyəti, bütövlükdə insanların həyat tərzini əhatə etmişdir. Bu zərurət nəzərə alan Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai BirliyiAzərbaycan Respublikasının Gənclər və İdman Nazirliyininmaliyyə dəstəyi ilə gənclərin İKT sahəsində peşəkarlığının yüksəldilməsinə xidmət edən“GƏNCLƏRİN İKT İNKİŞAFI MƏRKƏZİ”layihəsinin icrasına başlayıb. Layihə çərçivəsində növbəti görüş Mingəçevir şəhərində keçirilib.

Tədbiri giriş sözü ilə açan Mingəçevir Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli müasir dövrdə İKT imkanlarından səmərəli istifadənin vacib olduğunu dedi. Mingəçevir gənclərinin İKT sahəsində maarifləndirilməsi istiqamətində görülən işlərdən danışan K.Nəcəfli internetin daha faydalı, dövlətimiz üçün önəmli tərəfinin öyrənilməsinin vacibliyini qeyd etdi.

Sonra Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası sədri, internet media ekspert Səbuhi Abbasovçıxış edərək layihənin əsas məqsədinin İKT-nin sürətli inkişafı prosesinə gənc nəslin adaptasiyasını təmin etməkdən ibarət olduğunu dedi: “Layihənin əsas məqsədi İKT-nin sürətli inkişafı prosesinə gənc nəslin adaptasiyasını təmin etmək, İnternet mediada çalışan gənclərin informasiya təhlükəsizliyi qaydalarına riayət olunmasını aşılamaq, gənclərdə texniki-nəzəri İKT biliklərinin artırılması, ölkəmizin dünyada təbliğində İKT imkanlarından istifadənin təbliğini həyata keçirilməsi, mobil tətbiqlərə inteqrasiyanın sürətləndirilməsidə gənclərin rolunun artırılması, web resursların yaradılması və idarə olunmasın prosesinə gənclərdə marağın artırılması, eyni zamanda Sosial şəbəkələrdən səmərəli istifadənin təmin edilməsindən ibarətdir. Həmçinin, layihə çərçivəsindəwww.ictcenter.azsaytı yaradılıb. Son 5 ildə ölkəmizdə keçirilən beynəlxalq tədbirlər bir daha gənclərimizin İKT biliklərinin inkişafını, virtual savaşda daha sistematik mübarizəsini stimullaşdırıb. Hesab edirəm biz bu layihə çərçivəsində yüzlərlə gəncimizi sözügedən sahədə maarifləndirməyə müvəffəq olacağıq. Mən bir daha verdiyi dəstəyə görə Gənclər və İdman Nazirliyinə öz dərin təşəkkürümü bildirirəm”

Daha sonraMingəçevri Şəhər İcra Hakimiyyətinin rəsmisi Tofiq Əsgərovçıxış edərək bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin informasiya-kommunikasiya texnologiyalarının yaratdığı üstünlüklərdən lazımi səviyyədə faydalandıqlarını, iqtisadi sahədə böyük uğurlara imza atdıqlarını dedi: “Bu gün İKT-nin inkişafı respublikanın davamlı inkişafının təmin edilməsi, intellektual potensialının gücləndirilməsi, biznesin irəliləməsi, işsizliyin azaldılması, cəmiyyətdə şəffaflığın və demokratiyanın inkişaf etdirilməsində əhəmiyyətli rol oynayır. Dövlət idarəçiliyi, təhsil, səhiyyə, biznes, bank işi və digər sahələrdə yeni dəyərlər yaradan İKT ictimai-iqtisadi münasibətlərin vacib tərkib hissəsinə çevrilib.”

“İşıqlı Gələcək” GİB-in sədri Tural Kərimov isə çıxışında gənclərin sosial şəbəkələrdə aktivliyinin vacibliyindən danışdı. T.Kərimov gənclər arasında vətənpərvərlik hisslərinin aşılanmasında İKT imkanlarından istifadənin vacibliyini qeyd etdi.

Sonda İKT sahəsində fərqlənən Mingəçevir gənclərinə diplomlar təqdim edilib.

YAZINI DƏRC EDƏN SAYTLAR: azertag.az, milli.az7NEWS.AZ, Cultnews.az, ShushaPost.az, Xeber1.az, aktual.az, pia.az, agdaban.az, ictcenter.az, qht.az, skrom.net, azadinform.az, newscenter.az, anv.az, agdaban.az,

















 

Leave a Comment