ASGA Aprel şəhidi ilə bağlı sənədli film çəkir – “ŞƏHİDLİYİN RAHİM TAĞIYEV ZİRVƏSİ”

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) Gənclər Fondunun maliyyə dəstəyi ilə “Aprel döyüşlərinin tank komandiri: ŞƏHİDLİYİN RAHİM TAĞIYEV ZİRVƏSİ” – adlı qısametrajlı sənədli film çəkir. Qafqazın ən böyük xəbərkanalı olan “ARB24”-ün texniki dəstəyi ilə reallaşan layihənin əsas məqsədi ötən ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olan Rahim Tağıyevlə bağlı sənədli film çəkərən onu gənclər arasında təbliğ etməkdən ibarətdir.

Bu barədə saytımıza layihənin rəhbəri, ASGA sədri Səbuhi Abbasov məlumat verib: “Layihənin əsas məqsədi ötən ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olan Rəhim Tağıyevlə bağlı sənədli film çəkərən onu gənclər arasında təbliğ etməkdən ibarətdir. BİZ APREL DÖYÜŞLƏRİNDƏ İGİD ƏSGƏRLƏRİMİZİN ŞÜCAƏTİNİ PAYTAXT VƏ REGİON GƏNCLƏRİ ARASINDA TƏBLİĞ ETMƏYİ qarşıya əsas hədəf kimi qoymuşuq. Bu mənada “Aprel döyüşlərinin tank komandiri: ŞƏHİDLİYİN RAHİM TAĞIYEV ZİRVƏSİ” sənədli filmin çəkilişində şəhidin ailə üzvləri ilə yanaşı hərbçi dostlarının da iştirakını vacib bildik. Bizə göstərdikləri diqqət və qayğıdan dolayı Müdafiə Nazirliyinə dərin təşəkkürümü bildirirəm. Biz ASGA olaraq aprel döyüşlərində qəhrəmancasına şəhid olan hər bir əsgərimizin cəmiyyətdə tanıdılmasının tərəfdarıyıq. Bu mənada təklif etdiyimiz layihə Fondun bütün komissiya üzvləri tərəfindən müsbət qarşılandı. Mən bir daha Gənclər Fonduna və ARB24 rəhbərliyinə öz təşəkkürümü bildirirəm”

Məlumat üçün qeyd edək ki, bu ASGA-nın efir üçün hazırladığı sayca 3-cü peşəkar sənədli filmdir.Film ilk dəfə olaraq şəhidin doğum günündə – 6 Noyabr tarixində ictimaiyyətə təqdim olunacaqdır.

YAZINI DƏRC EDƏN SAYTLAR: 7News.az, icmal.az, diaspor.az, azertag.az, yenicag.az, olke.az, aktual.az, azxeber.com, editor.az, afn.az,





 

Leave a Comment