ASGA sədri Avstriya Federal Kanslerinin Baş direktor müavini ilə görüşdü – VYANADA+FOTOLAR

Xəbər verdiyimiz kimi Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, internet-media ekspert Səbuhi Abbasov 12-15 oktyabr tarixlərində Avstriyada reallaşan “İNTERNET AZADLIĞI KONFRANSI: İNTERNET MEDİANIN ROLU VƏ VƏZİFƏLƏRİ” adlı konfransda iştirak edib.

Konfransda ATƏT-in və Avropa Şurasının rəhbər şəxsləri, dünyanın nüfuzlu media və QHT rəhbərləri iştirak ediblər. Konfransda ASGA sədri Səbuhi Abbasov internet media sahəsində mövcud olan aktual problemlər barədə məruzə ilə çıxış edib.

QHT sədri, həmçinin, səfər çərçivəsində Avstriyada və Macarıstanda bir sıra işgüzar görüşlər keçirib.

İlk görüş Avstriya Federal Kanslerinin Baş direktor müavini Roland Faberlə baş tutub. Görüşdə ASGA sədri ölkəmizdə insan hüquq və azadlıqları, eyni zamanda, internet-media sahəsində aparılan islahatlardan danışıb. S.Abbasov, həmçinin, Faberə ermənilər tərəfindən işğal olunan, nəzarətsiz ərazilərdə kibercinayətkarlığın geniş formada yayıldığını və region üçün təhlükə mənbəyinə çevrildiyini deyib. R.Faber öz növbəsində Azərbaycanda aparılan irimiqyaslı islahatları yaxından izlədiyini dedi.

asgakansler 20171013_190037 20171013_120532 33

 

Leave a Comment