ASGA-nın təsisçiləri

12243241_10205186040950243_5631618499270809970_nSəbuhi Abbasov 16 noyabr 1985-ci ildə anadan olmuşdur.

2003-cü ildə Mingəçevir şəhər liseyini bitirərək, Bakı Slavyan Universitetinin «Beynəlxalq münasibətlər və regionşünaslıq» fakültəsinə daxil olmuşdur. 2007-2009–cu illərdə Bakı Slavyan Universitetinin Magistratura şöbəsinin «Regionşünaslıq» ixtisasında təhsil almışdır. 2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Universitet daxilində və xaricində keçirilən tədbirlərdə fəal iştirak edərək müxtəlif dərəcəli (I, II, III) diplomlarla təltif olunmuş, bakalavr pilləsində təhsil alarkən qrup rəhbəri, fakültə üzrə Tələbə Gənclər Təşkilatının (bundan sonra TGT) sədri, fakültə üzrə Tələbə Həmkarların sədri, Universitet üzrə YAP GB-nin sədri və s. vəzifələri icra etmişdir. Universitetdə bir sıra konfransların, dəyirmi masaların və debatların təşkilatçısı olmuşdur. 2006-cı ildə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasını təsis edərək bir çox layihələr həyata keçirmişdir. Azərbaycan Respublikası Gənclər və İdman NazirliyininAzərbaycan Respublikası Təhsil Nazirliyinin «Fəxri Məzun 2007″ diplomuna layiq görülmüşdür. 2007–ci ildən YAP Nəsimi rayon Gənclər Birliyinin İdarə Heyətinin üzvüdür. BSU tələbə heyətinin böyük əksəriyyətinin iştirak etdiyi iclasda səsvermə yolu ilə BSU Tələbə Gənclər Təşkilatının Universitet üzrə sədri seçilmişdir.

Bir çox xarici ölkələrdə (Türkiyə, Rusiya, Ukrayna, Dağıstan və s.) keçirilən Beynəlxalq konfranslarda ölkəmizi uğurla təmsil etmişdir. YAP GB-də həyata keçirilən bir çox layihələrin müəllifi, müxtəlif tədbirlərin təşkilatçısı olmuşdur. Respublika Yeni Azərbaycan Partiyası GB-nin QHT-lərlə iş üzrə şöbə müdiri kimi fəaliyyət göstərib.

2009-cu ildə Bakı Slavyan Universiteti Jurnalistika şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. 2011-2012-ci illərdə Milli QHT-lər Forumunda icraçı direktor vəzifəsində çalışmışdır. 2012-2013-cü illərdə Azərbacan Respublikası Dövlət Sosial Müdafiə rayon şöbəsində çalışmışdır. Hal-hazırda 7News.Az informasiya portalının təsisçisi və direktorudur. Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının təsisçisidir. Azərbaycan, türk, rus, ingilis və ukrayna dillərində danışır.

Bundan başqa Səbuhi Abbas bir çox şeirlərin («Bilməyəcək», «Sevinməyə yoxdur həvəsim», «Axtardığım bu gün…», «Dağlar», «Gedək Turan elinə», «Gözəllik», «Qayıtma», «Qürurum», «Nə susursan?», «O incə, o zərif əlin istərəm», «»Böyük Turan» – bak o, bənim», «Şəhidlər», «Unutma!» və s.), hekayələrin («Yeddi dost», «Ölümdən qabaqkı ölüm») və pyeslərin («Xəyanətin doğum günü») müəllifidir.

Ailəlidir.

Atası Abbasov Mübariz Tovariş oğlu 1958-ci ildə Göyçə mahalının Qoşabulaq kəndində anadan olmuşdur. İxtisasca mühəndis olub. Rəhmətə gedib.

Anası Abbasova Qətibə Sədr qızı 1961-cı ildə Göyçə mahalının Qoşabulaq kəndində anadan olmuşdur. İxtisasca ingilis-dili müəlliməsi olub. Rəhmətə gedib.

Bacısı Abbasova Aidə Mübariz qızı Göyçə mahalının Qoşabulaq kəndində anadan olmuşdur. Professordur. Hal-hazırda Mingəçevir Politexnik Universitetində İnformatika müəlliməsidir.

Bacısı Abbasova Vəfa Mübariz qızı Göyçə mahalının Qoşabulaq kəndində anadan olmuşdur. Hal-hazırda Riyaziyyat fənni üzrə müəllimədir.

Qardaşı Abbasov Sübhi Mübariz oğlu Göyçə mahalının Qoşabulaq kəndində anadan olmuşdur. Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr fakültəsinin məzunudur. Hal-hazırda ixtisası üzrə çalışır.

Qardaşı Abbasov Səddam Mübariz oğlu Mingəçevir şəhərində anadan olub. Hal-hazırda Rusiya Federasiyasında yaşayır.

www.sabuhi-abbasov.com

Vikipediyada Səbuhi Abbasov

abbasov_sebuhi@yahoo.com
abbasov_sebuhi@mail.ru

(+994 50) 300 80 31
(+994 55) 674 11 34

https://twitter.com/SabuhiABBASOV

http://www.facebook.com/Sebuhi Abbasov

http://www.linkedin.com/Sebuhi Abbasov

https://www.facebook.com/groups/yapgbqht/

https://www.facebook.com/groups/ASGA.%C4%B0B/

https://www.facebook.com/groups/149953515048013/

Skype:// abbasov_sebuhi